Kanada COVID-19-a qarşı 13,6 milyon doza vaksini zibilliyə atıb

Kanada COVID-19-a qarşı 13,6 milyon doza vaksini zibilliyə atıb Kanadada koronavirusa qarşı 13,6 milyon doz “AstraZeneca” peyvəndi məhv ediləcək
Digər ölkələr
6 İyul , 2022 11:33
Kanada COVID-19-a qarşı 13,6 milyon doza vaksini zibilliyə atıb

Kanadada koronavirusa qarşı 13,6 milyon doza “AstraZeneca” peyvəndi məhv ediləcək.

“Report” xəbər verir ki, məlumatı “abcnews” yayıb.

Qeyd olunub ki, buna səbəb vaksinlərin satılmamasıdır.

Bildirilib ki, Kanada 2020-ci ildə “AstraZeneca” ilə 20 milyon doza vaksin üçün müqavilə imzalayıb və 2021-ci ilin mart-iyun aylarında kanadalılar 2,3 miyon doza vaksin alıb.

Kanada qalan 17,7 milyon vaksini bağışlayacağına söz vermişdi. Ancaq iyulun 5-də ölkənin Səhiyyə Nazirliyi 13,6 milyon doza vaksinin istifadə müddətinin başa çatdığını və atılmalı olduğunu bildirib.

Məlumata görə, dünya əhalisinin 61 faizi yaşayan ən yoxsul dövlətlərin sakinlərinin 16 faizi koronavirusa qarşı peyvənd olunduğu halda Kanada əhalisinin 85 faizi tam vaksinasiya olunub.

Son xəbərlər

Orphus sistemi