Kanada ABŞ-a buraxılmayan miqrantları qəbul etməyə hazırdır

Kanada ABŞ-a buraxılmayan miqrantları qəbul etməyə hazırdır Trampın fərmanının nəticələri Kanada üçün minimal olub
Digər ölkələr
30 Yanvar , 2017 06:00
Kanada ABŞ-a buraxılmayan miqrantları qəbul etməyə hazırdır

Bakı. 30 yanvar. REPORT.AZ/ Kanada ABŞ prezidenti Donald Trampın ölkəyə girişin məhdudlaşdırılması haqqında fərmanı ilə əlaqədar kənarda qalan miqrantlara müvəqqəti sığınacaq verməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə ölkənin immiqrasiya işləri üzrə naziri Əhməd Hüseynə istinadən "Reuters" məlumat yayıb.

Onun sözlərinə görə, Trampın fərmanının nəticələri Kanada üçün minimal olub.

ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.

Son xəbərlər

Orphus sistemi