Kamerunda terror aktı törədilib, ən azı 30 nəfər ölüb

Kamerunda terror aktı törədilib, ən azı 30 nəfər ölüb Partlayıcı qurğular terrorçu-kamikadze işə salınıb
Digər ölkələr
3 Sentyabr , 2015 20:22
Kamerunda terror aktı törədilib, ən azı 30 nəfər ölüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Kamerunun şimalında baş vermiş iki partlayış nəticəsində ən azı 30 nəfər ölüb. "Report" "France Press"ə istinadən xəbər verir ki, hadisə bu gün səhər Nigeriya ilə sərhəddə yerləşən Kerava şəhərində baş verib. 

Məlumata görə, ilk partlayış yerli vaxtla saat 11.00-da baş verib, qısa müddətdən sonra hərbi düşərgə yaxınlığında ikinci partlayış səsi eşidilib. Partlayıcı qurğular terrorçu-kamikadze işə salınıb. Hadisə qurbanları barədə dəqiq məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi