Kamerunda silahlıların hücumu nəticəsində 5 hərbçi həlak olub
Digər ölkələr
- 04 yanvar, 2025
- 16:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kamerunun cənub-qərbində fulani icmasından olan silahlı qrupun hücumu nəticəsində bu ölkənin 5 hərbçisi ölüb, daha 3 nəfər itkin düşmüş hesab edilir.
"Report" xəbər verir ki, bu barədə "Alwihda" xəbər portalı məlumat yayıb.
Məlumata görə, silahlılar Akvaya şəhəri yaxınlığındakı hərbçilərin postuna hücum edib. Hücumun səbəbi hələlik müəyyən edilməyib.
Qeyd edək ki, fulani icması ilə fermerlər arasında toqquşmalar tez-tez baş verir. Qarşıdurmanın mərkəzində torpaq hüquqları və su ehtiyatlarına çıxışla bağlı mübahisələr dayanır.
Kamerun hakimiyyəti icmalar arasında gərginliyin yarandığı bölgələrə ordu hissələri göndərir.
Son xəbərlər
10:17
Julien Labruyere: "Son 5 ildə SWIFT müştərilərini hədəf alan insident olmayıb"
Maliyyə
10:15
İvan Perişiç UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb
Futbol
10:13
Foto
Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib
Biznes
10:09
Azərbaycanda heyvandarlıq və quşçuluq müəssisələrinə dair SSRİ dövründən qalma normalar yenilənib
İnfrastruktur
10:08
XİN Bosniya və Herseqovinanı Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət
10:08
Azərbaycan XİN Surinamı təbrik edib
Xarici siyasət
10:07
İsveçrə Özbəkistana sabiq prezidentin qızının 252,5 milyon dollarlıq qanunsuz aktivlərini qaytaracaq
Region
10:05
Foto
Məzahir Pənahov "Antalya Beynəlxalq Seçki Forumu"nda iştirak edir
Xarici siyasət
10:01
Video
Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb
Daxili siyasət