Kamerunda avtobus qəzası nəticəsində 60 nəfər ölüb

Kamerunda avtobus qəzası nəticəsində 60 nəfər ölüb Kamerunun qərbində avtobusun yük avtomobili ilə toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
Digər ölkələr
27 Dekabr , 2020 23:37
Kamerunda avtobus qəzası nəticəsində 60 nəfər ölüb

Kamerunun qərbində avtobusun yük avtomobili ilə toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “camer.be” portalı məlumat yayıb.

Qeyd olunub ki, yol qəzasında 60 nəfər ölüb. Paytaxt Yaunde istiqamətində hərəkət edən avtobusda 70 nəfər olub.

Sərnişinlərin əksəriyyəti yeni ili qarşılamaq üçün qohumlarının yanına gedirmiş. Hadisənin digər təfərrüatları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi