​Kamerunda 86 terrorçu məhv edilib

​Kamerunda 86 terrorçu məhv edilib Toqquşmalar zamanı beş hərbçi həlak olub
Digər ölkələr
17 Fevral , 2015 04:41
​Kamerunda 86 terrorçu məhv edilib

Bakı. 17 fevral. REPORT.AZ/ Bazar ertəsi Kamerunun şimalında "Boko Haram" terrorçuları ilə baş verən toqquşmalar zamanı beş hərbçi həlak olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Didye Bacekə istinadən "Franc-Press" məlumat yayıb.

Toqquşmalar zamanı 86 terrorçu məhv edilib. Döyüşlər Nigeriya ilə sərhəd yaxınlığında yerləşən Vaza regionunda gedib.

Bundan əvvəl, Nigerdə "Boko Haram"la əlaqədə şübhəli bilinən 160-dan çox insanın həbs edildiyi xəbər verilib.

Son xəbərlər

Orphus sistemi