Yuxarı

Kameron: "Britaniyada çirkli pullara yer yoxdur"

“Çirkli pullara sahib əcnəbilər Birləşmiş Krallıqda bütün imkanlardan məhrum edilməlidir

Bakı. 28 iyul. REPORT.AZ/ “Çirkli pullara” sahib əcnəbilər Birləşmiş Krallıqda bütün imkanlardan məhrum edilməlidir.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Sinqapurda çıxış edən Böyük Britaniyanın baş naziri Devid Kameron deyib.

O, Londonda bahalı evlərin alınması üçün istifadə edilən “anonim şirkətlərin” adlarının açıqlanacağını vəd edib.

Baş nazirin sözlərinə görə, "London qanunsuz pulların saxlanma yeri deyil”.

Kameron beynəlxalq ictimaiyyəti “korrupsiya xərçənginə qarşı” mübarizəyə səsləyib.

Britaniyanın baş naziri Sinqapura Cənub-Şərqi Asiya ölkələrinə səfəri çərçivəsində gəlib. Səfər çərçivəsində o, həmçinin Malayziya və Vyetnama baş çəkəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi