Kamboca şahzadəsi yol qəzasına düşüb, həyat yoldaşı ölüb - YENİLƏNİB

Kamboca şahzadəsi yol qəzasına düşüb, həyat yoldaşı ölüb - YENİLƏNİB Onların hər ikisi xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Digər ölkələr
17 İyun , 2018 13:18
Kamboca şahzadəsi yol qəzasına düşüb, həyat yoldaşı ölüb - YENİLƏNİB

Bakı. 17 iyun. REPORT.AZ/ Kamboca şahzadəsi Norodom Ranaritin 74 yaşlı həyat yoldaşı Ouk Phall krallığın cənub-qərbində yol qəzası nəticəsində aldığı xəsarətlərdən xəstəxanada keçinib.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, Kamboca şahzadəsi Norodom Ranarit və həyat yoldaşının avtomobili iyunun 17-si səhər qarşıdan gələn maşınla toqquşub.

Qəzadan sonra ər və arvad xəstəxanaya yerləşdirilib.


***12:27

Bakı. 17 iyun. REPORT.AZ/ Kamboca şahzadəsi Norodom Ranarit və onun həyat yoldaşı Ouk Phalla bazar günü ölkənin cənub-qərb hissəsində yol qəzasına düşərək xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Yerli polisin məlumatına görə, ər və arvadın avtomobili qarşıdan gələn maşınla toqquşub. Şahzadə və həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Norodom Ranarit ayaq və başından yüngül, həyat yoldaşı isə ciddi xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi