Kamala Harris Makronla münaqişələri müzakirə edib

Kamala Harris Makronla münaqişələri müzakirə edib Kamala Harris və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub
Digər ölkələr
16 Fevral , 2021 08:33
Kamala Harris Makronla münaqişələri müzakirə edib

ABŞ-ın vitse-prezidenti Kamala Harris və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Tərəflər koronavirus pandemiyasına qarşı mübarizə, eləcə də Yaxın Şərq və Şimali Afrikadakı münaqişələri müzakirə ediblər.

“ABŞ vitse-prezidenti bildirib ki, ölkəsi ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə və transatlantik ittifaqın aktivləşdirilməsinə sadiqdir. Tərəflər dünyada demokratiyaya dəstək mövzusunda ikitərəfli və çoxtərəfli əsasda sıx əməkdaşlığın zəruriliyi barədə razılığa gəliblər”-deyə, məlumatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi