Kallas: Ukrayna Aİ-yə daxil olmaq üçün vacib addım atıb

Kallas: Ukrayna Aİ-yə daxil olmaq üçün vacib addım atıb Ukraynanın gələcəyi Avropa İttifaqındadır və artıq təşkilata daxil olmaq üçün vacib addımı atıb.
Digər ölkələr
10 aprel 2025 01:52
Kallas: Ukrayna Aİ-yə daxil olmaq üçün vacib addım atıb

Ukraynanın gələcəyi Avropa İttifaqındadır və artıq təşkilata daxil olmaq üçün vacib addımı atıb.

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynanın Baş naziri Denis Şmıqalla birgə mətbuat konfransı zamanı deyib.

"Ukrayna üzvlük yolunda zəruri olan ilkin addımı tam başa çatdırıb. Heç bir kəsir olmayacaq", - Kallas qeyd edib.

Eyni zamanda, Avropanın baş diplomatı vurğulayıb ki, hərbi əməliyyatlar dövründə Aİ-nin tələb etdiyi islahatlarda əhəmiyyətli irəliləyiş əldə olunub.

"Əmin edirəm ki, sizin gələcəyiniz Aİ-dədir. Biz bunun üçün birlikdə çalışacağıq. Gözləyirik ki, bu gün ən qısa zamanda gələcək, biz Ukraynanı Aİ üzvü kimi təbrik edəcəyik", - Kallas vurğulayıb.

Baş nazir cavab olaraq Aİ nümayəndəsini əmin edib ki, Ukrayna Avropaya inteqrasiya dinamikasını artırmaq üçün hər cür səy göstərir.

"İnanıram ki, Ukrayna illər ərzində deyil, aylar ərzində əhəmiyyətli nəticələr əldə edə bilər. Müharibə bitdikdən dərhal sonra Avropa Birliyinin tamhüquqlu üzvü olmaq üçün "ev tapşırıqları"nı yerinə yetirə biləcəyik", - Şmıqal vurğulayıb.

Son xəbərlər

Orphus sistemi