Kaliforniyada yanğınlar zamanı 46 cıdır atı ölüb

Kaliforniyada yanğınlar zamanı 46 cıdır atı ölüb Yanğınlar zamanı həmçinin heyvanları xilas etməyə çalışan məşqçilər də xəsarət alıblar
Digər ölkələr
10 Dekabr , 2017 22:53
Kaliforniyada yanğınlar zamanı 46 cıdır atı ölüb
Courtesy İmage

Bakı. 10 dekabr. REPORT.AZ/ Kaliforniyanın San-Dieqo dairəsində yanğınlar zamanı ən azı 46 cıdır atı ölüb.

"Report" xəbər verir ki, bu barədə "Huffington Post" məlumat yayıb.

Məlumatda qeyd edilir ki, yanğınlar zamanı həmçinin heyvanları xilas etməyə çalışan məşqçilər də yanıq xəsarətləri alıb.

"Bu Kaliforniyanın cıdır sənayesi üçün faciədir, bu, çox kədərlidir", - deyə "Los Alamitos Racing Association" assosiasiyasının vitse-prezidenti Cek Libau nəşrə bildirib.

O, həmçinin sahibkarlara, məşqçilərə, atların gözətçilərinə, faciəli hadisədən zərər çəkən digər şəxslərə şəfqət diləyib.

Son xəbərlər

Orphus sistemi