Yuxarı
    Bağlamaq

    Kaliforniyada yanğınlar nəticəsində 100-dən çox adam itkin düşüb - VİDEO

    On iki yaralının vəziyyəti kritik olaraq qiymətləndirilir© AP Photo/Mike Meadows

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Kaliforniyada təbiət yanğınlar nəticəsində 100-dən çox adam xəsarət alıb, xeyli insana tüstüdən zəhərləndiyinə görə tibbi yardım göstərilib. 

    Bu barədə "Report" "San Francisco Chronicle" qəzetinə istinadən xəbər verir.

    "St. Joseph Health" xəstəxanasının nümayəndəsi Vanessa Deqienin sözlərinə görə, 12 yaralının vəziyyəti kritik olaraq qiymətləndirilir.

    Bundan əlavə, 100-dən çox adamın itkin düşdüyü qeyd edilib.

    Xatırladaq ki, daha əvvəl Kaliforniya ştatında meşə yanğınları nəticəsində azı 10 nəfərin öldüyü barədə məlumat verilmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi