Kaliforniyada veteranlar evində girov götürülən 3 nəfər və cani ölü tapılıb - YENİLƏNİB

Kaliforniyada veteranlar evində girov götürülən 3 nəfər və cani ölü tapılıb - YENİLƏNİB Hadisə Yontvil şəhərində baş verib
Digər ölkələr
10 Mart , 2018 08:17
Kaliforniyada veteranlar evində girov götürülən 3 nəfər və cani ölü tapılıb - YENİLƏNİB

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında yerləşən veteranlar evində girov götürülən 3 nəfərin və cinayətkarın meyiti aşkar edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.


***00:05

Bakı. 10 mart. REPORT.AZ/ Cümə günü silahlı şəxs ABŞ-ın Kaliforniya ştatının Yontvil şəhərində müharibə iştirakçıları sırasından olan minə yaxın yaşlı veteran və əlilin yaşadığı müəssisədə 3 nəfəri girov götürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğın mühafizəsi xidmətinin nümayəndəsinə istinadən "Associated Press" məlumat yayıb.

Yerli şerif idarəsinin "Twitter" mikrobloqunda kompleksə yaxınlaşmamağın tövsiyyə olunduğu xəbərdarlıq dərc olunub.

Son xəbərlər

Orphus sistemi