Kaliforniyada təyyarə yaşayış evinin üzərinə düşüb

Kaliforniyada təyyarə yaşayış evinin üzərinə düşüb Təyyarənin göyərtəsində üç nəfər olub
Digər ölkələr
21 Noyabr , 2017 02:27
Kaliforniyada təyyarə yaşayış evinin üzərinə düşüb

Bakı. 21 noyabr. REPORT.AZ/ Cümə günü ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində "Cessna 172" tipli yüngül mühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb.

“Report” xəbər verir ki, "The Mercury News" nəşrinin məlumatına görə, təyyarənin göyərtəsində üç nəfər olub, onlardan ikisi kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Daha bir nəfər yüngül xəsarət alıb. Ev sakinlərindən xəsarət alan olmayıb.

Bildirilir ki, pilot havaya qalxdıqdan dərhal sonra texniki qüsurla bağlı Reyd-Xillvyu aerodromu ilə əlaqə saxlayıb. O, aerodroma dönmək istəyib, lakin zolağa yetişə bilməyib.

Son xəbərlər

Orphus sistemi