Kaliforniyada meşə yanğınları tüğyan edir

Kaliforniyada meşə yanğınları tüğyan edir Kaliforniyanın şimalında onlarla meşə yanğını ocağının fəaliyyəti nəticəsində indiyədək azı 5 nəfər ölüb.
Digər ölkələr
381
21 Avqust , 2020 13:11
Kaliforniyada meşə yanğınları tüğyan edir

Kaliforniyanın şimalında onlarla meşə yanğını ocağının fəaliyyəti nəticəsində indiyədək 5 nəfər ölüb.

“Report” AP-yə istinadən xəbər verir ki, ölənlərdən biri srağagün Mərkəzi Kaliforniyada su səpərkən qəzaya uğramış helikopterin pilotudur. Həmçinin 33 mülki şəxs və yanğın xidməti əməkdaşı xəsarət alıb, 2 nəfər itkin düşüb.

Ştat boyu tüğyan edən 20-dən çox iri yanğın ocağı misli görünməmiş alov dairəsi əmələ gətirib ki, son günlər ərzində 11 minədək müxtəlif fəsad qeydə alınıb. Bütövlükdə, 175 yaşayış və ictimai tikili viran olub, daha 50 mini də təhlükə altındadır.

Şimali Kaliforniyada hazırda yanğınların 1 250 kvadrat kilometr sahəni əhatə etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi