Yuxarı
    Bağlamaq

    Kaliforniyada meşə yanğınları səbəbindən minlərlə insan təxliyyə olunub

    Yanğın təxminən 20 kvadrat km ərazini əhatə edib© Foto: Reuters

    Bakı. 10 iyul. REPORT.AZ/ Kaliforniya ştatının bir neçə regionunun ərazisində tüğyan edən meşə yanğınları ilə əlaqədar minlərlə sakin təxliyyə olunub.

    "Report" "Associated Press"ə istinadən xəbər verir ki, Syerra-Nevada dağ massivi yaxınlığında yaşayan təqribən dörd min nəfər artıq təxliyyə olunub, daha 7400 nəfər təxliyyəyə hazırlaşmaq barədə məlumatlandırılıb.

    Hakimiyyət orqanlarının məlumatına görə, yanğının ümumi sahəsi təxminən 20 kv km ərazini əhatə edib və ən azı on tikili yanıb.

    Yanğın iyulun 8-də Kaliforniyada istilər səbəbindən başlayıb, ocaqlar sürətlə ştatın meşə massivlərinə yayılıb. Hazırda yanğınlar Santa-Barbara şəhərinin artıq demək olar ki, ucqarlarına qədər çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi