Kaliforniyada meşə yanğınları nəticəsində 8 nəfər itkin düşüb

Kaliforniyada meşə yanğınları nəticəsində 8 nəfər itkin düşüb ABŞ-ın Kaliforniya ştatında 3 həftədir davam edən meşə yanğınları nəticəsində 8 nəfər itkin düşüb.
Digər ölkələr
8 Avqust , 2021 06:26
Kaliforniyada meşə yanğınları nəticəsində 8 nəfər itkin düşüb

ABŞ-ın Kaliforniya ştatında 3 həftədir davam edən meşə yanğınları nəticəsində 8 nəfər itkin düşüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət ştata külli miqdarda ziyan vurub.

Qeyd edilir ki, itkin düşmüş şəxslərin axtarışları davam edir. Bu, ştat tarixində ən böyük yanğındır.

1 800 kvadrat kilometrdən çox ərazinin yanması barədə məlumat verən rəsmilər yanğının beşdə bir hissəsinin nəzarət altına alındığını, ancaq hava şəraiti səbəbindən alovun yaxın bir neçə gün ərzində daha çox ərazidə lokallaşacağını qeyd ediblər.

Məlumata görə, 800-dən çox yaşayış evinin olduğu Qrinvil qəsəbəsi tamamilə yanaraq külə dönüb.

Hazırda ən böyük təhlükə minlərlə hektar ərazini əhatə edən “Dixie” adlanan yanğındır.

Meşə yanğınları səbəbindən 16 mindən çox insan təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi