Yuxarı
    Bağlamaq

    ​Kaliforniyada evtanaziyaya icazə verilib

    Ölüm hüququ haqqında qanun beş il ərzində qüvvədə olacaq

    Bakı. 6 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun evtanaziyaya icazə verən qanun imzalayıb. "Ölüm hüququ" adlanan sənəd əvvəlcə Kaliforniya Parlamentinin Senatı və Aşağı Palatası tərəfindən təsdiq olunub.

    "Report" xəbər verir ki, Kaliforniya ABŞ-ın ərazisində evtanaziyaya icazə verilən sayca beşinci ştatı olub.

    Sənədə əsasən, həkim ömrünə ən çoxu yarım il qalmış xəstənin üç dəfə müvafiq müraciətindən sonra ona, ölümlə nəticələnən güclü təsiredici tibbi vasitə yazmaq hüququna malikdir.

    Qanun beş il ərzində qüvvədə olacaq, daha sonra onun təkrar nəzərdən keçirilməsi lazım gələcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi