Yuxarı
    Bağlamaq

    ​Kaliforniyada 5,7 bal gücündə zəlzələ olub

    Dağıntı və itki barədə məlumat yoxdur

    Bakı. 29 yanvar. REPORT.AZ/ Çərşənbə günü axşam saatlarında Kaliforniya sahilləri yaxınlığında zəlzələ qeydə alınıb.

    "Report" xəbər verir ki, yeraltı təkanların gücü Rixter cədvəli ilə 5,7 bal təşkil edib.

    ABŞ Geoloji Xidmətinin məlumatına görə, ABŞ-ın Qərb sahilində qeydə alınan zəlzələnin episentri Ferndeyl şəhərindən 40 km cənub-qərbdə və Sakramentodan 329 km şimal-qərbdə, yeraltı təkanların ocağı isə yerin 17,1 km dərinliyinə qeydə alınıb.

    Dağıntı və itki barədə məlumat yoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi