Kaliforniya sakini Enrike Markes 2015-ci ildə ştatın San-Bernardino şəhərində törədilən terror hücumu üçün silah tədarükündə təqsirkar bilinərək barəsində qərar verilib.
“Report” AP-yə istinadən xəbər verir ki, 2015-ci il dekabrın 2-də San-Bernardino şəhərində yerli idarəetmə qurumu əməkdaşlarının bayram toplantısında onlardan biri Səid Rizvan Faruq və həyat yoldaşı Təşfin Malik atəş açaraq 14 nəfəri öldürmüş, 22 nəfəri isə yaralamışdılar. Hadisədən bir neçə dəqiqə sonra T.Maliklə əlaqələndirilən feysbuk səhifəsində İŞİD liderinə sədaqət bildirən paylaşım edilib. Terrorçu ər-arvad həmin gün təhlükəsizlik qüvvələrilə atışma zamanı öldürülüblər.
Sözügedən hadisəni törətmiş S.Faruqla 2005-ci ildə qapı qonşusu olmuş, 2011-ci ildən isə onlara mütəmadi gələrək “radikal islamçı məzmunlu” videolara baxdığı iddia edilən 28 yaşlı Enrike Markes onlara 2 ədəd silah çatdırmaqda təqsirkar bilinib.
Prokurorluq müttəhim üçün 25 il həbs cəzası istədiyi halda müdafiə tərəfi onun 13 yaşından Faruq tərəfindən təsir altına alındığını əsas gətirərək onu 5 il həbs etdirməyi xahiş edib. Hakim müttəhimi 20 il həbs cəzasına məhkum edilib.