​Kaliforniyada 20 erməni barəsində cinayət işi açılıb

​Kaliforniyada 20 erməni barəsində cinayət işi açılıb Onlar bir sıra cinayətlərin törədilməsində ittiham olunurlar
Digər ölkələr
11 May , 2015 13:41
​Kaliforniyada 20 erməni barəsində cinayət işi açılıb

Bakı. 11 may. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının şimal dairəsinin prokurorluğu 33 nəfər, o cümlədən 20 erməni barəsində cinayət işi açıb. Onlar dərman vasitələrinin qeyri-qanuni satışı və şəxsi məlumatların oğurlanması, sifarişli qətl də daxil olmaqla bir sıra cinayətlərin törədilməsində ittiham olunurlar.

"Report" "ArmToday" saytına istinadən xəbər verir ki, onların günahı məhkəmədə sübut olunarsa, fiqurantlar 35-95 il müddətinə azadlıqdan məhrum oluna bilər.

Qruplaşmanın əsas fiqurantları Are Karapetyan və Gevork Ter-Mkrtçyan isə ömürlük həbs cəza ala bilər. 

Son xəbərlər

Orphus sistemi