BMT: Kaxovka su anbarının dağıdılması nəticəsində 16 min adam zərər çəkib

BMT: Kaxovka su anbarının dağıdılması nəticəsində 16 min adam zərər çəkib BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Ukraynadakı Kaxovka bəndinin dağılmasından sonra 16 min insanın zərər çəkdiyini açıqlayıb.
Digər ölkələr
8 İyun , 2023 20:16
BMT: Kaxovka su anbarının dağıdılması nəticəsində 16 min adam zərər çəkib

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Ukraynadakı Kaxovka bəndinin dağılmasından sonra 16 min insanın zərər çəkdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə UNHCR sözçüsü Shabia Mantoo "Anadolu" Agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu günə olan məlumata əsasən, 1995 nəfər bölgədən təxliyə edilib.

Qeyd edilib ki, yüz minlərlə insanın təhlükəsiz içməli suya çıxışı yoxdur.

Xatırladaq ki, Ukraynada Kaxovka SES-in bəndi iyunun 6-da partladılıb.

Bu stansiya Ukraynanın cənubundakı rayonların elektrik, enerji, suvarma və su təchizatı, eləcə də Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. Kaxovka SES 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə Rusiya tərəfindən işğal olunub.

Son xəbərlər

Orphus sistemi