Yuxarı

​Çində kafedə partlayış nəticəsində 21 nəfər xəsarət alıb

Bina ciddi zədələnib, pəncərələrinin şüşələri sınıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Çinin cənubundakı Yunnan əyalətində qəhvəxanalardan birində baş verən partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanı məlumat yayıb.

Məlumata görə, hadisə əyalətin Kunmin şəhərində baş verib. Polis bildirib ki, partlayışın baş verməsinə səbəb təbii qaz balonundan düzgün istifadə edilməməsidir.

Partlayış nəticəsində qəhvəxananın binası ciddi zədələnib, pəncərələrinin şüşələri sınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi