Bakı. 28 dekabr. REPORT.AZ/ Əfqanıstan paytaxtı Kabulda törədilən terror aktı nəticəsində azı 40 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
“Report” xəbər verir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
İnformasiyaya əsasən, partlayış dekabrın 28-də “Əfqanıstanın səsi” ("Sada i Afghan") xəbər agentlyinin yaxınlığında baş verib.
Şəhərin qərbində törədilən terror aktından sonra atışma səsləri eşidilib. Partlayışın hədəfinin "Sada i Afghan" xəbər agentliyi olduğu bildirilib.
Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi "1TV" televiziyasına açıqlamasında deyib ki, partlayıcı qurğunu terrorçu-kamikadzenin işə saldığı güman olunur.