Kabul hava limanının raket atəşinə tutulması nəticəsində 1 nəfər həlak olub

Kabul hava limanının raket atəşinə tutulması nəticəsində 1 nəfər həlak olub Hadisəyə görə məsuliyyəti taliblər üzərinə götürüb
Digər ölkələr
27 Sentyabr , 2017 20:35
Kabul hava limanının raket atəşinə tutulması nəticəsində 1 nəfər həlak olub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Kabul Hava Limanının raket atəşinə tutulması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın "Pajvak" agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bundan öncə aralarında 1-i qadın olmaqla 5 nəfərin yaralandığı bildirilirdi.

Bir qədər əvvəl Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi bir neçə raketin Kabul hava limanının yaxınlığına düşməsi barədə xəbər verib.

"Tolo News" telekanalının verdiyi məlumata görə, hava limanı və ətraf əraziyə 20-30 raket atılıb. 

Telekanal raket atəşinə görə məsuliyyəti “Taliban” radikal hərəkatı öz üzərinə götürdüyünü və hədəfin ABŞ-ın müdafiə naziri Ceyms Mettisin olduğu barədə xəbər yayıb.

Son xəbərlər

Orphus sistemi