Kabildə ikinci partlayış törədilib, ölənlər və yaralananlar var

Kabildə ikinci partlayış törədilib, ölənlər və yaralananlar var Əfqanıstanın paytaxtı Kabilin qərbində partlayış olub.
Digər ölkələr
17 Noyabr , 2021 16:40
Kabildə ikinci partlayış törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə gün ərzində ikinci partlayış törədilib. 

“Report” xəbər verir ki, məlumatı “Aamaj news” yayıb. 

Hadisə şəhərin Dəhbori rayonunda baş verib. Sərnişin mikroavtobusunun partladılması nəticəsində 7 nəfər ölüb. 

Qeyd edək ki, birinci partlayış ölkə paytaxtının Dəşte-Barçi rayonunda törədilmişdi.

15:50

Əfqanıstanın paytaxtı Kabilin qərbində törədilən partlayış nəticəsində azı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “Aamaj News” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 17-də Dəşte-Barçi rayonunda baş verib.

Partlayışla bağlı başqa informasiya hələ ki yayılmayıb.

Son xəbərlər

Orphus sistemi