Bakı. 30 iyun. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 19 nəfər xəsarət alıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan
Onun sözlərinə görə, zərərçəkənlər arasında üç qadın və dörd uşaq da var.
Hadisə Kabil beynəlxalq hava limanına gedən yolda, ABŞ səfirliyindən təxminən 500 metr aralıda, insanların sıx olduğu yerdə baş verib.
Şahidlərin sözlərinə görə, partlayış terrorçu-kamikadze tərəfindən həyata keçirilib. Onun hədəfi NATO hərbi karvanı olub. Məlumata əsasən, yaxınlıqdakı bir neçə avtomobilə ziyan dəyib.