Kabildə terror aktlarında ölənlərin sayı 22 nəfərə çatıb, 119 yaralı var

Kabildə terror aktlarında ölənlərin sayı 22 nəfərə çatıb, 119 yaralı var Əfqanıstanın paytaxtında törədilən silsilə partlayışlar nəticəsində ölənlərin arasında qadın və uşaqlar da var
Digər ölkələr
2 Mart , 2017 09:28
Kabildə terror aktlarında ölənlərin sayı 22 nəfərə çatıb, 119 yaralı var

Bakı. 2 mart. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə törədilən silsilə partlayışlar nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 22 nəfər həlak olub, 119 nəfər yaralanıb.

“Report” “Tolonews” televiziyasına istinadən xəbər verir ki, bunu yerli hakimiyyətin nümayəndəsi bildirib.

Terror aktının məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Qeyd edək ki, silsilə partlayışlar martın 1-də törədilib. Terrorçu-kamikadze polis departamentinin və təhlükəsizlik idarəsinin binası qarşısında özünü partladıb. 

Son xəbərlər

Orphus sistemi