Əfqanıstanda törədilən terror aktında yaralananların sayı 90 nəfərə çatıb - YENİLƏNİB - FOTO

Əfqanıstanda törədilən terror aktında yaralananların sayı 90 nəfərə çatıb - YENİLƏNİB - FOTO Bakı. 14 yanvar. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktında yaralananların sayı 90 nəfərə çatıb.
Digər ölkələr
14 Yanvar , 2019 22:04
Əfqanıstanda törədilən terror aktında yaralananların sayı 90 nəfərə çatıb - YENİLƏNİB - FOTO
REUTERS

Bakı. 14 yanvar. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktında yaralananların sayı 90 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nəcib Daniş özünün "facebook" səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, yaralılar arasında 23 uşaq var. Nazirlik rəsmisi həmçinin qeyd edib ki, ölənlərin 3hərbçi, 1-i isə mülki şəxsdir.

 Daha əvvəl Əfqanıstanın qərbindəki Badghis əyalətinin iki bölgəsində “Taliban” hərəkatının üzvləri ilə toqquşmalarda 21 polis və hərbçi həlak olub. 


***21:02

Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən terror hücumu nəticəsində 4 nəfər ölüb, 10-u uşaq olmaqla, 44 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daniş “Facebook”dakı səhifəsində yazıb.

Bundan əvvəl paytaxtın hava limanı yaxınlığında yerləşən, əsasən əcnəbilərin yaşadığı və güclü mühafizə olunan “Green Village” kompleksi yaxınlığında axşam saatlarında partlayıcı maddə ilə dolu avtomobilin partladıldığı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi