Kabildə partlayış nəticəsində beş nəfər yaralanıb

Kabildə partlayış nəticəsində beş nəfər yaralanıb Partlayıcı qurğu Əfqanıstan Silahlı Qüvvələrinə məxsus avtomobilə yerləşdirilib
Digər ölkələr
29 Oktyabr , 2016 11:01
Kabildə partlayış nəticəsində beş nəfər yaralanıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Kabildə baş verən partlayış nəticəsində iki hərbçi yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, insident cümə günü gecə saatlarında baş verib.

Partlayıcı qurğu Əfqanıstan Silahlı Qüvvələrinə məxsus avtomobilə yerləşdirilib.

İlkin məlumatlara görə, üç dinc sakin də partlayış nəticəsində yaralanıb.

Hələlik ölkədə fəaliyyət göstərən ekstremist qruplardan heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi