Kabildə DİN-in binasına hücum edən yaraqlılar məhv edilib - YENİLƏNİB

Kabildə DİN-in binasına hücum edən yaraqlılar məhv edilib - YENİLƏNİB Partlayışın ardından atışma başlayıb
Digər ölkələr
30 May , 2018 15:06
Kabildə DİN-in binasına hücum edən yaraqlılar məhv edilib - YENİLƏNİB
AP
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Əfqanıstan təhlükəsizlik qüvvələri paytaxt Kabildə Daxili İşlər Nazirliyinin (DİN) binasına hücum edən 10 nəfəri məhv edib.

"Report" "Tolo News"a telekanalına istinadən xəbər verir ki, hazırda vəziyyət nəzarət altındadır, əməliyyat davam edir.

İlkin məlumatlara görə, hücum nəticəsində bir nəfər ölüb, 5 polis isə yaralanıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

DİN-in məlumatına görə, yaraqlılar hərbi formada olublar.


***12:26

Əfqanıstan Daxili İşlər Nazirliyinin Kabildəki yeni binası yaxınlığında partlayış baş verib.

Bu barədə "Report" Əfqanıstan KİV-inə istinadən xəbər verir.

Şahidlərin verdiyi məlumata görə, partlayışın ardından atışma başlayıb.

Son xəbərlər

Orphus sistemi