Kabil hava limanında ölənlərin sayı 20 nəfərə çatıb

Kabil hava limanında ölənlərin sayı 20 nəfərə çatıb Əfqanıstanın paytaxtı Kabilin hava limanı yaxınlığında daha 7 nəfər əfqan həlak olub.
Digər ölkələr
22 Avqust , 2021 14:35
Kabil hava limanında ölənlərin sayı 20 nəfərə çatıb

Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay Beynəlxalq Hava Limanında ölənlərin sayı artıb.

"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, həftə ərzində vətəndaşların təxliyəsi zamanı 20 nəfər ölüb.

11:03

Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay Beynəlxalq Hava Limanında daha 7 nəfər həyatını itirib.

"Report" bu barədə Britaniya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Onların hansı səbəbdən ölməsi barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, hava limanında sıxlıq səbəbindən ötən gün 3 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi