Kabil hava limanında beynəlxalq kommersiya uçuşları bərpa olunacaq

Kabil hava limanında beynəlxalq kommersiya uçuşları bərpa olunacaq Kabil şəhərində yerləşən Həmid Kərzay Beynəlxalq Hava Limanı işə 90% hazırdır.
Digər ölkələr
9 Sentyabr , 2021 16:29
Kabil hava limanında beynəlxalq kommersiya uçuşları bərpa olunacaq

Kabil şəhərində yerləşən Həmid Kərzay Beynəlxalq Hava Limanı işə 90% hazırdır.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Qətər XİN-in Terrorla mübarizə və münaqişələrin həllində vasitəçilik üzrə xüsusi nümayəndəsi Mutlək ibn Məcid əl-Kəhtaninin bəyanatında deyilir.

“Söhbət təxliyədən getmir. Təxliyə daha yoxdur, insanlar vəziyyətin normallaşdığını hiss etməlidirlər. Bu gün sərnişinlərin, qüvvədə olan sənədlərə malik yerli və xarici vətəndaşların sərbəst hərəkətinin şahidi olduq. Onların arasında ABŞ-lılar və digər Qərb ölkələrinin vətəndaşları var”, - Kəhtani hava limanında deyib. O, ilk olaraq Dohadan Kabilə beynəlxalq reyslərin bərpa olunacağını, daha sonra isə tədricən Əfqanıstan paytaxtına beynəlxalq hava əlaqəsinin açılacağını deyib.

Son xəbərlər

Orphus sistemi