Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan “Aspides” adlı missiyasının üzvləri 68 gəmini müşayiət edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Əməliyyatın başlanmasından iki aydan az müddətdə 68 gəmi müşayiət olunub və 11 hücum dəf edilib”, - o deyib.
J.Borrell ticarətin təhlükə altında olduğunu və daşıma qiymətlərinin artdığını vurğulayıb: “Məsələn, bir konteynerin Çindən Avropaya daşınmasının qiyməti iki dəfə artıb”.
O, həmçinin qeyd edib ki, Aİ missiyası sırf müdafiə xarakteri daşıyır və husilərə qarşı heç bir əməliyyat keçirmir.