Liviyada çimərlik yaxınlığına raket düşüb, 5 nəfər ölüb, 25 nəfər yaralanıb

Liviyada çimərlik yaxınlığına raket düşüb, 5 nəfər ölüb, 25 nəfər yaralanıb ​Raket atəşinin məsuliyyətini hələ ki, üzərinə götürən yoxdur
Digər ölkələr
5 İyul , 2017 09:45
Liviyada çimərlik yaxınlığına raket düşüb, 5 nəfər ölüb, 25 nəfər yaralanıb

Bakı. 5 iyul. REPORT.AZ/ Liviyanın paytaxtı Tripolidə çimərliklərdən birinə düşən raketin partlaması nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

“Report” “France Press”ə istinadən xəbər verir ki, bu haqda Liviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, partlayış Tripolinin şərqində yerləşən hava limanının yaxınlığında sahil zolağında baş verib.

Raket atəşinin məsuliyyətini hələ ki, üzərinə götürən yoxdur.

Son xəbərlər

Orphus sistemi