İtaliyanın müdafiə naziri: Baş katib bütün NATO yerinə qərar verə bilməz

İtaliyanın müdafiə naziri: Baş katib bütün NATO yerinə qərar verə bilməz İtaliyanın müdafiə naziri Quido Krosetto NATO-nun Baş katibi Yens Stoltenberqin Kiyevə Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməsi ilə bağlı bəyanatını şərh edərək bildirib ki, nə alyansın rəhbəri, nə də ayrı-ayrı dövlətlər bü
Digər ölkələr
26 May , 2024 17:13
İtaliyanın müdafiə naziri: Baş katib bütün NATO yerinə qərar verə bilməz

İtaliyanın müdafiə naziri Quido Krosetto NATO-nun Baş katibi Yens Stoltenberqin Kiyevə Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməsi ilə bağlı bəyanatını şərh edərək bildirib ki, nə alyansın rəhbəri, nə də ayrı-ayrı dövlətlər bütün NATO yerinə qərar verə bilməz.

“Report” xəbər verir ki, bu barədə o, “La Stampa” qəzetinə müsahibəsində deyib.

“NATO-nun Baş katibi və ya ayrı-ayrı ölkə hamı üçün xətti müəyyən edə bilməz. Bu, həm Stoltenberqə, həm də Fransa prezidenti Emmanuel Makrona aiddir. Makron Ukraynaya əsgərlərimizi göndərəcəyimizi söyləyib. Fərdi çıxışların heç bir mənası yoxdur”,- deyə o bildirib.

Krosetto əmindir ki, Ukraynaya yardım göstərərkən eskalasiyaya səbəb olan addımlar atmaq səhv olardı.

“Atəşkəs və açıq sülh danışıqlarına nail olmaq mümkün olmalıdır və Ukraynaya yardımımız bu məqsədə xidmət etməlidir”.

Son xəbərlər

Orphus sistemi