İtaliyada təyyarə qəzasında ölənlərin sayı artıb

İtaliyada təyyarə qəzasında ölənlərin sayı artıb İtaliyanın Milan şəhərinin cənub-şərqində kiçik təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
3 Oktyabr , 2021 17:27
İtaliyada təyyarə qəzasında ölənlərin sayı artıb

İtaliyanın Milan şəhərində təyyarə qəzası nəticəsində ölənlərin sayı 8-ə çatıb.

"Report" bu barədə ANSA agentliyinə istinadən xəbər verir.

Yenilənmiş məlumatlara görə, ekipaj iki pilot və altı sərnişindən ibarət olub.

Ölənlər arasında Fransa vətəndaşının da olduğu qeyd edilir.

Daha əvvəl 6 nəfərin öldüyü bildirilmişdi.

16:45

İtaliyanın Milan şəhərinin cənub-şərqində kiçik təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Təyyarə "San Donato" metrostansiyasının yaxınlığında təmir edilmiş park binasına çırpılıb.

Binanın qarşısında dayanan bir neçə maşın yanıb.

Qəzetin yazdığına görə, pilotu və beş sərnişini olan təyyarə Milan Linate hava limanından havaya qalxaraq Sardiniyaya doğru yola düşüb.

Hadisə nəticəsində bütün ekipaj üzvləri həlak olub.

Son xəbərlər

Orphus sistemi