İtaliyada parlament Konte hökumətinin taleyi barədə qərar verəcək

İtaliyada parlament Konte hökumətinin taleyi barədə qərar verəcək Bu gün (18 yanvar- Red) İtaliyanın Baş naziri Cüzeppe Konte parlamentin aşağı palatasında çıxış edəcək və bundan sonra hökumətə güvən məsələsi səs qoyulacaq.
Digər ölkələr
18 Yanvar , 2021 08:30
İtaliyada parlament Konte hökumətinin taleyi barədə qərar verəcək
Cüzeppe Konte

Bu gün (18 yanvar- Red) İtaliyanın Baş naziri Cüzeppe Konte parlamentin aşağı palatasında çıxış edəcək və bundan sonra hökumətə güvən məsələsi səs qoyulacaq.

“Report”un məlumatına görə, Konte parlamentdə mütləq səs çoxluğu əldə etməsə kabinet istefa etmək məcburiyyətində qalacaq.

Cüzeppe Konte bu addımı keçmiş baş nazir Matteo Renzinin rəhbərlik etdiyi “İtalia Viva“ partiyasının koalisiyalı hökumətin tərkibində iştirakdan imtina etməsi və hökumətdəki iki nazirinin fəaliyyətini dayandırmasından sonra atıb.

Kontenin hazırkı böhrandan çıxması üçün parlamentin aşağı palatasında onun koalisiyasına azı 25 deputat, Senatda isə 18 senator səs verməlidir.

Qeyd edək ki, yanvarın 13-də İtaliyada hökumət koalisiyası dağılıb. Keçmiş Baş nazir Matteo Renzinin rəhbərlik etdiyi “İtalia Viva“ partiyası koalisiyalı hökumətin tərkibində iştirakdan imtina etdiyi üçün bitərəf Baş nazir Cüzeppe Kontenin rəhbərlik etdiyi koalisiya ölkə parlamentində mütləq səs çoxluğunu itirib.

Baş nazir C. Konte artıq dövlət başçısı Sercio Mattarella ilə görüşüb və mövcud vəziyyət barədə onu məlumat verib.

Son xəbərlər

Orphus sistemi