İtaliyada növbədənkənar parlament seçkiləri sentyabrda keçiriləcək

İtaliyada növbədənkənar parlament seçkiləri sentyabrda keçiriləcək İtaliyada yeni parlament seçkiləri sentyabrın 25-də keçiriləcək.
Digər ölkələr
21 İyul , 2022 22:13
İtaliyada növbədənkənar parlament seçkiləri sentyabrda keçiriləcək

İtaliyada yeni parlament seçkiləri sentyabrın 25-də keçiriləcək.

"Report" "La Repubblica"ya istinadən xəbər verir ki, bu məlumatı İtaliyanın istefa vermiş Baş naziri Mario Draqi Nazirlər Şurasında təsdiqləyib.

Bundan əvvəl İtaliya Prezidenti Sercio Mattarella Draqinin istefasından sonra 70 gün ərzində yeni seçkilər üçün parlamentin buraxılması haqqında fərman imzalayıb.

Nazirlər Şurasının iclasında Draqi yeni seçkilərə qədər hökumətin işinin prioritetlərini açıqlayıb. Onun sözlərinə görə, pandemiya ilə bağlı fövqəladə halları, Ukraynadakı münaqişəni, inflyasiyanı və enerji qiymətlərini həll etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi