İtaliyada meşə yanğınlarına görə fövqəladə rejim elan edilib

İtaliyada meşə yanğınlarına görə fövqəladə rejim elan edilib İtaliya hökuməti cənub bölgələrini cənginə alan meşə yanğınları ilə əlaqədar fövqəladə rejim tətbiq edib.
Digər ölkələr
27 Avqust , 2021 04:16
İtaliyada meşə yanğınlarına görə fövqəladə rejim elan edilib

İtaliya hökuməti cənub bölgələrini cənginə alan meşə yanğınları ilə əlaqədar fövqəladə rejim tətbiq edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumət sarayı məlumat yayıb.

Calabria, Molise, Sardiniya və Siciliya bölgələrində meşə yanğınlarının yayılması ilə əlaqədar olaraq altı ay müddətinə fövqəladə rejim elan edilib.

Avqust ayında İtaliyada anormal yüksək temperatur meşə yanğınlarına səbəb olub. Azı 5 nəfər meşə yanğınlarının qurbanı olub.

Avropada baş verən meşə yanğınlarına görə Yunanıstandan sonra ikinci yerdə olan İtaliyada təxminən 103 hektar ərazi yanıb.

Son xəbərlər

Orphus sistemi