İtaliyada koronavirusdan ölənlərin sayı 40 mini ötdü

İtaliyada koronavirusdan ölənlərin sayı 40 mini ötdü İtaliyada rekord sayda koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
Digər ölkələr
13 Noyabr , 2020 21:25
İtaliyada koronavirusdan ölənlərin sayı 40 mini ötdü

İtaliyada rekord sayda koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan ilk dəfə olaraq bir gündə yeni növ virusa yoluxanların sayı 40 mini keçib. Son sutkada 40 902 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Son 24 saat ərzində müalicə alan 550 nəfər vəfat edib. Nəticədə virusun yaratdığı xəstəlikdən 44 139 pasiyent vəfat edib.

Hazırkı dövrədək ölkədə 1 milyon 107 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 399 238 pasiyent dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi