İtaliyada 14 nəfər funikulyor qəzasında ölüb - YENİLƏNİB - 3

İtaliyada 14 nəfər funikulyor qəzasında ölüb - YENİLƏNİB - 3 İtaliyada funikulyorda qəza qeydə alınıb
Digər ölkələr
24 May , 2021 01:15
İtaliyada 14 nəfər funikulyor qəzasında ölüb - YENİLƏNİB - 3

İtaliyada dağ kanat xəttində baş vermiş qəzada ölənlərin sayı on dörd nəfərə çatıb.

“Report” xəbər verir ki, xəstəxanaya çatdırılan daha iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişənlərdən biri uşaqdır.

Həlak olanlar arasında İtaliya vətəndaşları ilə yanaşı dörd nəfərdən ibarət israilli ailə və bir İran vətəndaşının da olduğu bildirilir.

18:04 - 23.05.2021

İtaliyanın Verbano rayonunda funikulyorda baş vermiş qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə hadisə yerində işləyən xilasedicilərə istinadən “ANSA” məlumat verib.

Dəniz səviyyəsindən təxminən 1420 metr yüksəklikdə Mottarone dağının zirvəsi istiqamətindəki yollar qəza ilə əlaqədar bağlanıb, hadisə yerinə təcili tibbi yardım, xilasetmə və yanğınsöndürmə heyətləri cəlb ediliblər.

1970-ci ildə inşa edilən və 2014-2016-cı illərdə əsaslı təmir edilən kanat sistemi Macciore gölü sahilindəki Stresa qəsəbəsini Mottarone dağının zirvəsi ilə birləşdirir.

15:48

İtaliyanın Verbano rayonunda funikulyorda baş vermiş qəza nəticəsində azı 9 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 2 nəfər ağır xəsarət alıb. Onlar ağır vəziyyətdə Turində xəstəxanaya yerləşdiriliblər.

Hadisənin başvermə səbəbi hələ məlum deyil. Lakin qəzaya burazın (tros-red) qırılmasının səbəb olduğu ehtimal edilir. Hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

15:46

İtaliyada funikulyorda qəza qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə yerli "Rainews24" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalında, Pyemont əyalətində baş verib. Qəza zamanı azı 4 nəfər həlak olub. Qeyd edilir ki, insident Streza yaşayış məntəqəsini Laqo Macore gölünün sahili və Monterone dağı ilə birləşdirən kanat yolunda qeydə alınıb. Telekanalın məlumatına görə, hadisə zamanı vaqonda 10 nəfərdən çox olub.

Ölənlərin sayının artacağı istisna edilmir. Hadisə yerində xilasedicilər işləyir.

Son xəbərlər

Orphus sistemi