İtaliyada fövqəladə vəziyyət elan edilib

İtaliyada fövqəladə vəziyyət elan edilib İtaliya Po çayı ətrafındakı bölgələrdə son 70 ilin ən pis quraqlığına görə fövqəladə vəziyyət elan edib
Digər ölkələr
5 İyul , 2022 03:20
İtaliyada fövqəladə vəziyyət elan edilib

İtaliya Po çayı ətrafındakı bölgələrdə son 70 ilin ən pis quraqlığına görə fövqəladə vəziyyət elan edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, hökumətin qərarı hakimiyyət orqanlarına bürokratik əngəlləri azaltmağa və dərhal bir sıra tədbirlər görməyə imkan verəcək (məsələn, evlər və iş yerləri üçün su normasının tətbiqi).

Fövqəladə vəziyyət beş şimal bölgəsinə - Emiliya-Romanya, Friuli-Venesiya-Culiya, Lombardiya, Pyemont və Venetoya təsir edəcək. Quraqlıqla bağlı problemləri həll etmək üçün ilkin olaraq 36,5 milyon avro ayrılıb. Gələcəkdə quraqlıqla mübarizə üçün əlavə tədbirlər görülə bilər.

Qeyd olunub ki, çaya bitişik regionlar ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdə birini verir.

Son xəbərlər

Orphus sistemi