İtaliyada aksiyalar zamanı qarşıdurmalarda 40-a yaxın polis xəsarət alıb

İtaliyada aksiyalar zamanı qarşıdurmalarda 40-a yaxın polis xəsarət alıb İtaliyanın paytaxtı Romada keçirilən etiraz aksiyaları zamanı onlarla polis əməkdaşı zərər çəkib.
Digər ölkələr
11 Oktyabr , 2021 04:49
İtaliyada aksiyalar zamanı qarşıdurmalarda 40-a yaxın polis xəsarət alıb

İtaliyanın paytaxtı Romada keçirilən etiraz aksiyaları zamanı onlarla polis əməkdaşı zərər çəkib.

“Report” xəbər verir ki, bu barıdı ANSA agentliyi bildirib.

Qeyd edilir ki, Romada 38 polis əməkdaşı koronavirus məhdudiyyətlərinə qarşı etirazların gedişatında müxtəlif xəsarətlər alıb.

Məlumata görə, bu siyahıya müxtəlif ağlr xəsarətlər alan polis əməkdaşları və məhkəmə-tibb işçisi də daxildir. Polis əməkdaşları koronavirus məhdudiyyətləri əleyhinə mitinqdə 12 nəfəri saxlayıb.

Son xəbərlər

Orphus sistemi