İtaliyada COVID-19 pasportları mayın 1-dən ləğv ediləcək

İtaliyada COVID-19 pasportları mayın 1-dən ləğv ediləcək İtaliyada COVID-19 pasportları mayın 1-dən ləğv ediləcək.
Digər ölkələr
17 Mart , 2022 18:18
İtaliyada COVID-19 pasportları mayın 1-dən ləğv ediləcək

İtaliyada COVID-19 pasportları mayın 1-dən ləğv ediləcək.

"Report" xəbər verir ki, bu barədə “Messaggero” qəzeti məlumat yayıb.

Bu sənəddən istifadə ictimai nəqliyyatda, eləcə də bir sıra qurumlarda tədricən azalacaq.

Qapalı yerlərdə maskaların məcburi taxılması aprelin 30-dək davam edəcək. Gələn aydan etibarən stadionun doluluq məhdudiyyəti aradan qaldırılacaq. Aprelin 1-dən yoluxmuş şəxslərlə təmasda olan şəxslər üçün karantin ləğv ediləcək. Yalnız yoluxmuşların özünü təcrid etməsi tələb olunur. Məcburi peyvənd yalnız tibb işçiləri üçün qalır.

Hökumət martın 31-də başa çatacaq fövqəladə vəziyyətin müddətini uzatmayacaq.

Son xəbərlər

Orphus sistemi