İtaliyada çimərlikdə atışma olub, 9 nəfər yaralanıb

İtaliyada çimərlikdə atışma olub, 9 nəfər yaralanıb İtaliyada çimərlikdə atışma olub, 9 nəfər yaralanıb
Digər ölkələr
21 İyul , 2021 14:20
İtaliyada çimərlikdə atışma olub, 9 nəfər yaralanıb

İtaliyanın cənubunda yerləşən Apuliya vilayətində çimərliklərdən birində baş verən atışma nəticəsində 9 gənc yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, hadisə İtaliyanın Taranto şəhərində çimərlikdə gənclərdən ibarət iki qrup arasında baş verib. Atışma zamanı hadisə yerində 300-dək adam olub. Hadisənin səbəbi hələ ki məlum deyil.

Yaralananlar 18-28 yaş arasındadır. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Polis araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi