İtaliyada baş vermiş partlayış nəticəsində azı 12 nəfər itkin düşüb

İtaliyada baş vermiş partlayış nəticəsində azı 12 nəfər itkin düşüb İtaliyanın Siciliya adasındakı Ravanuza kommunasında qaz partlayışı nəticəsində azı 12 nəfər itkin düşüb.
Digər ölkələr
12 Dekabr , 2021 03:59
İtaliyada baş vermiş partlayış nəticəsində azı 12 nəfər itkin düşüb

İtaliyanın Siciliya adasındakı Ravanuza kommunasında qaz partlayışı nəticəsində azı 12 nəfər itkin düşüb.

Bu barədə “Report” Giornale di Sicilia” qəzetinə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, itkin düşənlər arasında üç uşaq və evli cütlük də var. Hələlik qurbanların dəqiq sayı barədə məlumat verilmir.

Nəşr bildirib ki, partlayış nəticəsində beşmərtəbəli bina uçub, iki qonşu binaya ziyan dəyib. Hadisə yerli vaxtla təxminən saat 20:30-da (Bakı vaxtı ilə saat 23:30) baş verib.

Hadisə yerində yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və digər təcili xidmətlərin əməkdaşları çalışır. Bundan əlavə, Ravanuza könüllülərdən ibarət üç qrup gəlib.

Son xəbərlər

Orphus sistemi