İtaliyanın paytaxtı Roma şəhəri yaxınlığındakı Ardea şəhərində baş verən atışma zamanı bir yaşlı kişi və iki uşaq həlak olub.
Bu barədə “Report” ANSA agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, silahlı şəxsin açdığı atəş nəticəsində 3 və 8 yaşlı iki uşaq ölüb.
Məlumata görə, hadisəni psixi problemləri olan 30 yaşlı kişi törədib. O, evində barrikada quraraq gizlənib. Cinayətkar saxlanılıb.
İtaliyada atışma olub.
“Report” xəbər verir ki, bu barədə
Məlumata görə, hadisə Roma yaxınlığındakı Ardea şəhərində baş verib. Atışma zamanı 3 nəfər xəsarət alıb. Onlardan biri yaşlı kişi, ikisi uşaqdır.
Hadisəni törədən şəxs qaçaraq gizlənib. Ardeanın və qonşu Pomesiya və Ansio şəhərlərinin hüquq-mühafizə orqanları cinayətkarın axtarışına başlayıblar.