İtaliyada Aİ sanksiyalarına məruz qalan rusiyalıların 2 milyard avrodan çox dəyəri olan əmlakına həbs qoyulub
Digər ölkələr
- 21 fevral, 2023
- 08:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya hakimiyyəti Ukrayna müharibəsi fonunda son 1 il ərzində rusiyalı iş adamlarının 2 milyard avrodan çox dəyərində əmlakına həbs qoyub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani məlumat verib.
“Biz həm də Ukraynanın yenidən qurulmasında əsas iştirakçılardan olmaq istəyirik. İtaliya rusiyalı oliqarxların ən çox vəsaitinə həbs qoyan ölkələr sırasındadır. Söhbət Ukraynanın bərpasında istifadə edilə biləcək 2 milyard avrodan çox vəsaitdən gedir. Biz planı hazırlamaq və mümkün qədər çox şirkət cəlb etmək üçün qarşıdakı həftələrdə Romada tədbir təşkil edəcəyik”, - nazir “La Stampa” qəzetinə müsahibəsində deyib.
Son xəbərlər
16:52
Dünyanın ən qədim fortepiano istehsalçısı müflisliklə bağlı müraciət edib
Digər ölkələr
16:43
Azərbaycan tikinti qumu istehsalını 25 %-dən çox artırıb
Sənaye
16:29
Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb - Yenilənib-3
Digər ölkələr
16:17
Azərbaycan duz istehsalını 14 %-dən çox artırıb
Sənaye
16:03
Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir
Futbol
16:00
Azərbaycandakı sığorta şirkətlərinin ödənilmiş mənfəət vergisinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
15:49
İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir
Futbol
15:40
Ermənistan gələn il yeni nüvə enerji blokunun seçimi ilə bağlı qərar verməyi planlaşdırır
Region
15:32
Azərbaycan ayaqqabı istehsalını 56 % artırıb
Sənaye