İtaliya prezidenti hökumətin qurulmasını peşəkar bankirə həvalə edəcək

İtaliya prezidenti hökumətin qurulmasını peşəkar bankirə həvalə edəcək İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Nazirlər Kabinetinin formalaşdırılmasını Avropa Mərkəzi Bankının (ECB) keçmiş rəhbəri Mario Draqiyə həvalə edəcək.
Digər ölkələr
3 Fevral , 2021 01:13
İtaliya prezidenti hökumətin qurulmasını peşəkar bankirə həvalə edəcək
Mario Draqi

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Nazirlər Kabinetinin formalaşdırılmasını Avropa Mərkəzi Bankının (ECB) keçmiş rəhbəri Mario Draqiyə həvalə edəcək.

“Report”un məlumatına görə, bu barədə prezidentin mətbuat katibi Covanni Qrasso məlumat verib.

“Prezident Sercio Mattarella çərşənbə günü saat 12:00-da (Bakı vaxtı ilə 15:00) doktor Mario Draqi ilə əlaqə saxlayacaq”-deyə, o bildirib.

Qeyd edək ki, İtaliyada Baş nazir Cüzeppe Konte istefa verdikdən sonra dövlət başçısı ölkənin aparıcı siyasi düşərgələri ilə yeni hökumətin formalaşdırılması üçün danışıqları yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi